Türkiyədə güclü zəlzələ: Binalar çökdü, 94 nəfər yaralandı - ANBAAN VİDEO (Yenilənib)

Türkiyədə güclü zəlzələ: Binalar çökdü, 94 nəfər yaralandı - ANBAAN VİDEO (Yenilənib)

Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaralananların sayı 94 nəfərə çatıb.

Ölkə.Az xəbər verir ki, bu barədə Elazığ valisi Numan Hatipoğlu məlumat verib. O bildirib ki, təbii fəlakət nəticəsində 2 bina ciddi ziyan görüb.

 

Təbii fəlakət nəticəsində 4 nəfər yaralanıb.

Məlumata görə, baş verən güclü zəlzələ nəticəsində Malatya, Elazığ və Şanlıufa vilayətlərində üç bina qismən çöküb.

Malatya və Elazığda vilayətlərində təhsil müəssisələrində tədris birgünlük dayandırılıb.

Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin***Türkiyənin Malatya vilayətində 5.9 bal gücündə zəlzələ baş verib.Ölkə.Az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.






Fikirlər