Ən çox Putinin eks-xanımını axtarıblar - Siyahı

“Ən çox Putinin eks-xanımını axtarıblar - Siyahı

 “Google” axtarış sistemi bu və ya digər ölkədə olan ən məşhur insanları tapmaq üçün dünyanın interaktiv xəritəsini hazırlayıb.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Rusiyada “Google” xidmətinin istifadəçiləri bu il daha çox Rusiya prezidenti Vladimir Putinin keçmiş xanımı Lyudmila Putinanıaxtarışa veriblər. Analitiklər bu nəticənin gözlənilməz olduğunu vurğulayıblar.

Realiti-şou ulduzu Kim Kardaşyan nəinki ABŞ, Kanada və Ermənistanda, eləcə də Norveç, Polşa, İngiltərə, Niderland və bir çox dövlətdə insanların maraq dairəsindədir.

Futbolçu Lionel Messi öz doğma vətəni Arqentina ilə yanaşı Cənubi Sudanda, Kubada və digər ölkələrdə məşhurdur.

Futbolçu Kristian Ronaldo İspaniya, Marokko və Albaniya daxi olmaqla 21 dövlətdə “Google”da axtarışa verilib.

Siyahıda həmçinin, amerikalı müğənni Niki Minnaj və Rihanna da var.

 

 

 






Fikirlər