Ronaldo haqda film - Messi də çəkilib

 

Müasir dövrün ən istedadlı futbolçularından sayılan, Portuqaliya millisi və “Real” Madrid klubunun oyunçusu Kriştianu Ronaldo haqqında çəkilən sənədli filmin İspaniya kinoteatrlarında nümayişinə başlanılıb.

Filmin müəllifi məşhur Ceyms Gey-Risdir. O, bundan əvvəl əfsanəvi Formula-1 pilotu Ayrton Senna və müğənni Emma Uaynhaus haqqında çəkdiyi filmlərlə yadda qalıb.

“Ronaldu” filmində futbolçu ilə yanaşı, anası Dolosres, oğlu, şəxsi agenti Xorxe Mendes və hətta Lionel Messi də çəkilib(azərtac).(Azərtaym.az)






Fikirlər