MƏKKƏDƏ indiyədək görünməmiş olay - QOZ BOYDA DOLU...

 

mekke-1.jpg

Məkkəyə dolu yağıb və bu, hər kəsi təəccübləndirib.

Anspress bildirir ki, Məkkədə havanın qəflətən pisləşməsi, kameralarda əks olunan dolu dənələrinin böyüklüyü diqqət çəkib. Qoz böyüklüyündə yağan dolunun şəhərin mərkəzinə ciddi zərər verdiyi bildirilib.

Məkkə və Mədinəni birləşdirən yolla hərəkət edən sürücülər gördüklərinə inana bilməyiblər. Normalda qış aylarında belə Məkkə şəhərində havanın hərarətinin müsbət 30 dərəcə olduğu bildirilir.

Qəflətən havaların dəyişərək dolu yağması isə insanlarda təəccüb yaradıb. Bu vəziyyətdən sürücülər maşınlarını saxlayaraq havanın normallaşmasını gözləyiblər.






Fikirlər