BAZAR GÜNün HAVAsı

 

Yanvarın 10-da Azərbaycanda havanın yağmurlu olacağı gözlənilir.

"AzerTaym.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 10-da hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcəşaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti,dağlarda gecə 0-5 dərəcə şaxta,yüksək dağlıq ərazilərdə5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.






Fikirlər