Azərbaycanda POLİS MAYORUNA yüksək vəzifə verildi: ŞİRKƏT RƏHBƏRİ oldu

Azərbaycanda polis mayoruna yüksək vəzifə verildi: şirkət rəhbəri oldu

"Ergotransit Global Inc.” şirkəti Azərbaycanda nümayəndəlik açıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin "Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.
Aprelin 24-də dövlət qeydiyyatına alınmış şirkətin hüquqi ünvanı Nəsimi rayonu, Zərifə Əliyeva ev 55, mənzil 1-dir. Kommersiya qurumunun qanuni təmsilçisi isə Elxan Əbdülqafar oğlu Hacıyevdir.
"Report”un məlumatına görə, E.Hacıyev Beynəlxalq Kollecin müəllimi, Beynəlxalq Yol Polisi və Nəqliyyat Təşkilatının Baş Assambleyasının üzvü, yol polisi mayoru, "Nəqliyyat hüququ" elmi-nəzəri jurnalının redaktorudur.






Fikirlər