Erməni saytından sensasion etiraf: "100 NƏFƏR itkimiz var, 6 TANK, yüksəkliklər...."

Erməni saytından sensasion etiraf:

Azərbaycan ordusu Dağlıq Qarabağda Ermənistan mövqelərinə intensiv zərbələr vurur.  Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın planetaarmenia.ru saytı yazıb. Erməni saytı qondarma DQR sərhədlərində ağır döyüşlərin getdiyini iddia edib. Saytın yazdıqları gerçək bir sensasiyadır. 

Orada qeyd olunur ki,  Azərbaycan tərəfi Seysulan və Talış yaşayış məntəqələrini, eləcə də Talış kəndi ətrafındakı yüksəklikləri nəzarətə alıb.
Sayt yazır ki , Ermənistan tərəfi çoxlu itki verir. Həmin yazıya görə ,  ermənilərin 6 tankı və təxminən 12-15 artilleriya sistemi məhv edilib, 100-dən çox adam öldürülüb.
Musavat.com həmin xəbərin linkini təqdim edir.
 
 

 
Musavat.com






Fikirlər