"Ayaz Mütəllibov ŞUŞANI alan idisə, o vaxt ərzində alardı da...”

“Şuşadan sonra Laçın işğal olunub, onda biz heç hakimiyyətə gəlməmişdik.

Gülməli olan odur ki, Ayaz Mütəllibov Şuşanı necə qaytaracaqdısa, Şuşadan sonra Laçın işğal olundu. Laçın gedəndən sonra həmin hadisələr baş verdi. Ona görə də Ayaz Mütəllibov dedikləriylə xal qazanmağa çalışan balaca uşağı xatırladır. Laçın may ayının 18-i işğal olundu, Şuşa isə mayın 8-i işğal olunub. A.Mütəllibov Şuşanı alan idisə, o vaxt ərzində alardı da”. 

Bunu Moderator.az-a açıqlamasında sabiq daxili işlər naziri İsgəndər Həmidov sabiq prezident Ayaz Mütəllibovun "AXC zorla hakimiyyəti ələ keçirməsəydi Rusiya ilə əldə olunan razılaşma əsasında qısa zamanda Şuşanın geri qaytarılmasına nail olunacaqdı" ittihamına münasibət bildirərkən deyib. 
Sabiq nazir daha sonra bildirib ki, Ayaz Mütəllibovun bu fikirlərinin arxasında Rusiyanın maraqları dayanır: 
“A.Mütəllibov ya camaat arasında nüfuz qazanmaq, itirdiyi hörməti geri qaytara bilmək üçün belə danışır. Ya da etdiyi hadisələri xalqın yaddaşında unutdurmaq istəyir. Amma yalanın da həddi var axı. Biz neyləmişdik, əlimizi qabağa verməmişdik ki. Xocalı, Şuşa, Laçın dalbadal işğal olunmuşdu, bunun cəbhəyə nə dəxli var idi ki. Ali Baş Komandan özü idi, hakimiyyətdə də. Hansı rusla danışmışdı, nə danışmışdı, bilmirəm, amma rusun bura gəlmək söhbətini aktuallaşdırır. Əlaltdan camaata sızdırır ki, güya yenidən rus gəlib Qarabağı yiyəsinə qaytaracaq. Rus Qarabağı qaytarmayacaq, əksinə, Azərbaycanı işğal edəcək”. 
 AzerTaym.az






Fikirlər