23 İYUN Dövlət Qulluqçularının peşə bayramı günüdür.

23 iyun Dövlət Qulluqçularının peşə bayramı günü ilə əlaqədar “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2016-cı il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyət göstərən bir sıra şəxslər təltif olunublar.

Bu şərəfə nail olanlar arasında “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan Nərimanov Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yaqubova Gülşən Fikrət qızı da vardır.
Bu münasibətlə Gülşən xanımı və onun simasında bütün dövlət qulluqçularını səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, uzun ömür, dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizin inkişafı və tərəqqisi naminə məsul və şərəfli işlərində yeni-yeni uğurlar arzulayırıq.

AzerTaym.az






Fikirlər