AzNews.az saytının 4 YAŞI tamam olur

aznevs

Bu gün Azərbaycanın ən populyar internet KİV-lərindən biri olan AzNews.az saytının fəaliyyətə başlamasından 4 il ötür.

2012-ci il avqustun 1-dən onlayn xəbər saytı kimi fəaliyyətə başlayan AzNews.az ötən 4 il müddətində özünəməxsus imic formalaşdırmağı, geniş auditoriyaya sahiblənməyi bacarıb. Aylıq izləyicisi 1 milyona yaxın olan sayt Azərbaycan mediasının əsas istinad olunan mənbələrindən biri hesab olunur. Saytın eksklüziv xəbərləri bəzən dünyanın ən nüfuzlu saytlarında da yer alır. İctimai fikrin formalaşdırılmasında ciddi rol oynayan AzNews.az fasiləsiz olaraq oxucularını informasiya ilə təmin edir.

Saytın peşəkarlardan ibarət kollektivi bundan sonra da müsahibələr, reportajlar müəllif yazılarının təqdimatını davam etdirəcək.

 AzerTaym.az kollektivi “AzNews”da çalışan həmkarlarını, başda saytın baş redaktoru Elçin Zahiroğlu olmaqla,  təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!

 






Fikirlər