Ramil Usubov kapitanı rəis postuna gətirdi - Yeni təyinat

Ağcabədi Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinə yeni rəis təyin edilib.

BakiPost.az-ın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə bu vəzifəyə polis kapitanı İldırım Alıyev təyin edilib. İ. Alıyev faktı saytımıza təsdiqləyib.

Məlumat üçün bildirək ki, İldırım Alıyev bundan əvvəl Gəncə Şəhər Yol Polis Bölməsində çalışıb.

Xatırladaq ki, Ağcabədi Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsin sabiq rəisi rəisi polis mayoru Dadaş İbrahimov bölmənin fəaliyyətində nöqsanlar aşkar edilməsi səbəbindən bu ilin iyul ayında vəzifəsindən kənarlaşdırılıb.

AzerTaym.az






Fikirlər