Cəlilabadda İcra Başçısı vətəndaşın torpağını zorla əlindən alıb - ŞİKAYƏT VİDEO

Cəlilabadda İcra Başçısı vətəndaşın torpağını zorla əlindən alıb -ŞİKAYƏT VİDEO

Bu günlərdə Reportyor.org-un əməkdaşları Cəlilabad rayonunda olub və rayon əhalisinin mövcud problemləri ilə tanış olublar

Sayt yazır ki, insanlara hakim kəsilən Cəlilabadın icra başçısı Əziz Əzizov və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri bu rayonu tam öz hakimiyyətləri altına alaraq zavalı insanlara zülüm edirlər.

Saytın araşdırmasına görə, rayonda günü- gündən şikayətçilərin sayının durmadan artması, əhalinin onsuzda aşağı olan sosial vəziyyətinin daha da aşağı düşməsi, insanlara məxsus əmlaklarının əllərindən alınaraq döyülmələri bir ənənə halı alıb.

Onlar artıq yerli məmurlardan da alət kimi istifadə edirlər. Yeri gələn də insanlara qarşı polis dəyənəuindən də istifadə edirlər. Cəlilabad polis şöbəsi demək olar ki, Əziz Əzizovun və Kərəm Həsənovun qanunsuz göstərişlərini yerinə yetirir.
Cəlilabad rayon Polis şöbəsinin rəis müavini vəzifəsində işləyən Eldar Səfərov icra başçısının qanunsuz tapşırıqlarını can-başla yerinə yetirir.

Şikayyətçi Hüseyinov Aydın İman oğlu deyir ki, bu topağı vaxtı ilə mərhum Prezidentimiz Heydər Əliyev verib indi onun orderini də, hecə sayan Əziz Əzizov ölkə başçısına meydan oxuyur. Onlara məxsus torpaqlarını zorla əlinə alır.

Ətraflı Video materialda:







Fikirlər