ÖLÜM CƏZASININ BƏRPASI AZƏRBAYCANA YARAŞMIR- DEPUTATA ETİRAZ

Ölüm hökmünün bərpası əvəzinə ömürlük cəzanın verilməsi şərtdir.

Bunu Sherg.az-a ölüm hökmünün bərpasına dair iddiaları dəyərləndirərkən  hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. 
Onun sözlərinə görə, ölüm cəzasının bərpa olunması səmərəli addım deyil: 
"Çünki cinayətkara birdəfəlik hökm oxunur, o cəzasını çəkə bilmir. Bununla ağılasığmaz cinayət törətmiş cinayətkarlar cəzadan məhrum edir. Lakin ömürlük cəza verildikdə, onun laiqli cəzasını çəkməsinə şərait yaranır. Dünya təcrübəsində bəzi dövlətlərdə ölüm hökmü olsada, bizim üçün bu hökmün bərpası məqsədəuyğun deyil. Bu, həm də Azərbaycana yaraşmır". 
Qeyd edək ki, Milli Məclisin dünən keçirilən plenar iclasında xanım millət vəkili Elmira Axundova Azərbaycanda ölüm hökmünün bərpasına dair təklif irəli sürüb: "Avadının
başını kəsən, azyaşlıları zorlayıb öldürənlərə qarşı ölüm hökmünü bərpa etməyin vaxtıdır"






Fikirlər