Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Rusiya Federasiyasının Həştərxan şəhərində anılıb

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Rusiya Federasiyasının Həştərxan şəhərində anılıb

 

2016-cı ilin 12 dekabr tarixində Rusiya Federasiyasının Həştərxan şəhərində Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar mərasim keçirilmişdir.

Mərasimdən öncə tədbir iştirakçıları, o cümlədən Həştərxan vilayəti və şəhərinin rəsmi nümayəndələri, diaspor təmsilçiləri, iş adamları, ictimaiyyətin nümayəndələri, azərbaycanlı tələbələr və şəhər sakinləri tərəfindən Həştərxan şəhərindəki Heydər Əliyev parkında ucaldılmış Ulu Öndərin abidəsi önünə əklillər qoyulmuşdur.

Anım mərasimi Həştərxan şəhərinin Bakı küçəsində yerləşən Heydər Əliyev adına 11 nömrəli ümumtəhsil məktəbində davam etmişdir. Mərasimin əvvəlində tədbir iştirakçıları Ulu öndərin parlaq xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

AzerTaym.az






Fikirlər