Şərif Əsədullayevi Samir Zeynalov əvəz EDİR

sherif_esede serif esedullayev

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsi bu idarənin rəis müavini Samir Zeynalova tapşırılıb.

Bu barədə “Report”a DİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Ehsan Zahidov məlumat verib.

S.Zeynalov 1980-ci ildə anadan olub. 2000-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib, 1996-cı ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb. 2015-ci ilin yanvar ayının 21-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib. Daxili işlər orqanlarında fəaliyyətindəki uğurlu nəticələrinə görə, dövlət mükafatına, DİN-in “Qüsursuz xidmətə görə” 3 və 2-ci dərəcəli medallarına, digər müxtəlif mükafatlara layiq görülüb.
Qeyd edək ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
O, 1955-ci ildə anadan olub. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 iyul tarixli 597 nömrəli sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilib.






Fikirlər