RAMİL USUBOVdan təyinat ƏMRİ: Ehsan Zahidov RƏİS OLDU

Ramil Usubov Sadiq Gözəlovun yerinə onu təyin etdi 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə yeni rəis təyin olunub.
AzerTaym.az bildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə nazirliyin mətbuat xidmətinə polis polkovniki Ehsan Zahidov rəis təyin edilib.
Qeyd edək ki, bir neçə gün əvvəl bu qurumun rəhbəri Sadiq Gözəlov xidmətdə olmanın yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilmişdi. Ehsan Zahidov isə uzun illər idi ki, sözügedən xidmətdə rəis müavini olaraq çalışırdı.
DİN mətbuat xidmətindən "Qafqazinfo"ya faktı təsdiqləyiblər.
 

 






Fikirlər