Nərgiz PAŞAYEVA heykəlin sökülməsini PİSLƏDİ: "BU VANDALİZM və BARBARLIQDIR!"

Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva paytaxtda Mikayıl Müşfiqin heykəlinin “Azəravtoyol” ASC tərəfindən sökülməsini pisləyib.

 Modern.az xəbər verir ki, N. Paşayeva haqqin.az-a açıqlamasında bu hadisəni vandalizim adlandırıb: "Bu vandalizm və barbarlıqdır. Böyük şairin xatirəsinə qarşı törədilmiş günahdır və təhqirdir”.

N.Paşayeva müvafiq dövlət orqanlarını və ictimaiyyəti bu vandalizm aktına təcili müdaxilə etməyə, habelə bu barbarlığa yol verən “Azəravtoyol” rəhbərliyini cəzalandırmağa çağırıb.

Qeyd edək  ki, “Azəravtoyol” ASC heykəli Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırmadan, nazirliyə xəbər vermədən söküb. Nazir Əbülfəz Qarayevin bu hadisədən hiddətləndiyi açıqlanıb. Habelə heykəltaraşlar, Yazıçılar İttifaqı, Rəssamlar İttifaqı Stalin repressiyalarının qurbanı olmuş şairin heykəlinə qarşı bu vandalizm əməlini kəskin pisləyib.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi