Mehman Hüseynov əməliyyat OLUNACAQ

Mehman Hüseynov əməliyyat olunacaq

Həbsdə olan videobloqçu Mehman Hüseynov təcridxanada müayinə olunub.

"AzerTaym.az" “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib. O bildirib ki, bir neçə gün əvvəl Mehman Hüseynovu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən gələn həkimlər müəyinə ediblər: “Bildirblər ki, cərrahi əməliyyata ehtiyacı var. Deyiblər ki, onun əməliyyat olunması üçün vəkili yenidən müraciət etməlidir”. 
E.Sadıqov təkrar müraciət göndərəcəyini qeyd edib.
Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli qərarı təcridxanaya daxil olduğu üçün M.Hüseynov öz kamerasından çıxarılaraq tranzit (etapa gedən) məhbusların saxlandığı kameraya köçürülüb. 
Qeyd edək ki, M.Hüseynov martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

 






Fikirlər