Rüşvət hər yerdə var, amma baxır NECƏ...

Dünyada rüşvət alan məmurlar, konqresmenlər və onlara tətbiq olunan qadağalar

Dünyada rüşvət, hədiyyə qadağası ilə bağlı xeyli məqamlar var. Zaman-zaman bu, qalmaqal şəklində üzə çıxa bilər. Bundan başqa, rüşvətin və məmur, konqresmen tamahkarlığının detalları dünya mediasının gündəmində olub. Təbii ki, bununla heç də rüşvəti adiləşdirmək, korrupsiyanın vəzifəli şəxslər üçün “olmazsa, olmaz” olduğunu anlatmağa çalışmırıq. Sadəcə, bu faktlar var və dünya bundan sığortalanmayıb.

Öncə bu məsələdə sərt qaydaları olan ölkələrin siyahısına diqqət edək. İspan kralı VI Filip də yerli mətbuata açıqlayıb ki, onun ailə üzvləri bahalı hədiyyə ala və pulsuz xidmətdən istifadə edə bilməyəcəklər. Söhbət xüsusilə güzəştli kreditlərdən və ya təyyarəyə pulsuz bilet alışından, eləcə də adi, sosial və ya xeyriyyə hədlərini aşan istənilən digər hədiyyələrdən gedir.

Beləliklə, İspaniyanın hazırkı kralı heç vaxt atası Xuan Karlos tək dəyəri 10 milyon avro olan “Fortuna” yaxtası və ya 2011-ci ildə Ərəb Əmirliklərinin baş nazirinin bağışladığı iki “Ferrari” kimi hədiyyə ala bilməyəcək. Yeri gəlmişkən, avtomobillərdən biri artıq dövlətə təhvil verilib (ümumxalq malı elan edilib), ikincisi isə bütün ispanların malı elan edilib.

Kral ailəsi üçün yeni qaydalar 1 yanvar 2015-ci ildən qüvvəyə minib və kralın bacıları istisna olmaqla, bütün ailə üzvlərinə şamil ediləcək. Ancaq bacılar da ictimai tədbirlərdə bahalı hədiyyələr qəbul edərsə, onlar ümumxalq malı elan ediləcək. Hədiyyələrin dəyərinə məhdudiyyət qoyulmayıb, son söz kralın olacaq, məhz hansı hədiyyənin “bahalı” hesab oluna biləcəyinə o qərar verir.

Davudoğlu və Azərbaycan bələdiyyələrinin sərt qadağası

Türkiyədə dövlət rəsmilərinə hədiyyə verilməsi qadağan edilib. Bunu 2015-ci ildə ölkənin həmin vaxtkı baş naziri Əhməd Davudoğlu deyib. Davudoğlu qeyd edib ki, dövlət rəsmilərinin, nazirlərin bölgələrə səfərləri zamanı hər hansı başqa bir qurum və şəxslərdən hədiyyə alınması əvəzinə, bölgələrdə dövlət rəsmilərinin ağac əkməsi adət halına salınacaq.

Eyni qadağa bizdə də var. 2015-ci ildə Azərbaycanda Bununla bağlı məsələ “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanunda xüsusi maddə əksini tapıb. Qanuna əsasən, bələdiyyə qulluqçusu xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya belə təsir təəssüratı yaradan, yaxud onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya belə mükafat təəssüratı yaradan hədiyyələri özü və digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir. Bələdiyyə qulluqçusu hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir. Qeyd edək ki, qanun layihəsi Milli Məclisdə ikinci oxunuşdan keçib.

Related image


Türkiyənin keçmiş prezidenti Abdulla Gül 4 il öncə qərar vermişdi ki, 2012-ci ildən sonra onun qəbuluna gələn rəsmi və ya özəl insanlardan hədiyyə almasın və 9 ayda onun bu qərarına əməl olunub. “Prezident hədiyyə əvəzinə qayğıdan məhrum olan və ya yardıma möhtac olan gənclərə kömək edilməsini, ziyarət xatirəsi kimi ağac əkməyi xahiş edib. Bunun müqabilində 60 min ağac əkilib, 46 gəncə təqaüd ödənilib. Əslində insanların hədiyyə vermək marağını azaltmaq çox çətindir, lakin cənab prezident bu sahədə qərarlıdır”.

55 manatdan ucuz ola bilər, amma baha yox...

Naxçıvan Ali Məclisinin sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada qulluq keçən dövlət qulluqçularının etik davranış Qaydaları”nı təsdiq edib. Qaydaya əsasən dövlət qulluqçusu tərəfindən qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (və ya hərəkətsizlik) etmək və ya qərarlar qəbul etmək qadağandır.

Qanunvericiliklə müəyyən olunmuş ödəniş məbləğləri istisna olmaqla, şəxslərə xidmət göstərən dövlət qulluqçusu buna görə hər hansı haqq tələb edə bilməz. Dövlət qulluqçusu qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusundan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli, maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər akt üzrə təhvil verilməlidir. Qaydalarda qeyd edilib ki, qonaqpərvərliklə və “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna uyğun olaraq, dəyərinin ümumi məbləği 1 il ərzində 55 manatdan yuxarı olmayan hədiyyələrin təqdim olunması ilə bağlı hallar istisna olmaqla, heç bir əməkdaş xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təəssürat yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Heç kəsdən şəxsi istifadəsi məqsədilə və digər şəxslər üçün heç bir dəyərli əşya, hədiyyə, ianə və ya maddi yardım istənilə bilməz. Hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.

Hansı hədiyyələri vermək olar, hansını yox...

Türkiyədə də büdcə təşkilatlarında çalışanlar üçün hədiyyə senzi mövcuddur. Müvafiq qaydalarda göstərilir ki, çalışdığı quruma fayda anlamına gələn, qurum xidmətlərinin hüquqa uyğun şəkildə həyata keçirilməsinə təsir etməyəcək hədiyyələrin qəbulu uyğundur. Amma bu hədiyyələr də ictimaiyyətə açıqlanmalıdır. Qəbul oluna biləcək hədiyyələrin siyahısı bunlardır: kitab, jurnal, kaset, təqvim, CD, cəmiyyətə açıq yarışmalarda, kampaniyalarda və ya tədbirlərdə qazanılan mükafat və hədiyyələr, hər kəsə açıq konfrans, simpozium, forum, panel, yemək və bunun kimi tədbirlərdə verilən xatirə məqsədli hədiyyələr, reklam məqsədilə, hər kəsə paylanan və simvolik dəyəri olan reklam və əl sənətləri məhsulları, bunların xaricində geyim, qiymətli əşya, səyahət, təyyarə bileti, güzəştli kredit, güzəştli endirim... məmurlar tərəfindən qəbul edilə bilməz və birbaşa korrupsiya faktına daxildir. Məmurlar ölkə xaricində də hədiyyə qəbul edə bilməz. Daha doğrusu, əgər onlara bu və ya digər beynəlxalq tədbirdə verilən hədiyyə minimum əmək haqqından 10 dəfə bahadırsa, onu aldıqları tarixdən 1 ay müddətində çalışdıqları quruma təhvil verməlidilər (Xarici dövlət adamları və millətlərarası quruluş təmsilçiləri tərəfindən verilən imzalı xatirə şəkillərinin çərçivələri xaricdir). Qaydalarda qeyd olunur ki, dövlət məmuru protocol və nəzakət qaydaları çərçivəsində bəzi hədiyyələri rədd etməyib ala bilər. Amma ölkəsinə qayıdan kimi bunu tabe olduğu quruma təhvil vermək zorundadır.

Image result for Rüşvət

İşdir, hansısa məmur bu qadağa və qaydalara məhəl qoymayıbsa, Rüşvət və Korrupsiya ilə Mübarizə Qanununda onunla bağlı ağır cəzalar yer alır. Bu halda onu 3 ildən 5 ilə qədər həbs cəzası və ya 5 milyon TL-yə yaxın ağır pul cəzası gözləyir.

Faurecia Etik Qaydalarını da yaddan çıxarmayaq. Bu qaydalar 2004-cü ildə BMT Qlobal Aktına daxil edilib. Faurecia siyasətində hədiyyə qəbul etmə ilə bağlı xüsusi bir punkt var. Orda qeyd edilib ki, ticarət işçisi müştəri və ya tədarükçülərdən hansı formada olursa olsun (xüsusən də nəğd yolu ilə pul, mal, hər hansı xidmətlər, əyləncə və ya səyahət) hədiyyə, jest qəbul etməməlidir. İldə bir dəfə iş ortağı başına 100 avronu ötən heç bir hədiyyə qəbul edilə bilməz. Bu cür hədiyyə və mükafatlar onu göndərən şəxsə anında geri qaytarılmalıdır. Hədiyyənin rədd edilməsinin və ya geri qaytarılmasının qarşı tərəfə hörmətsizlik kimi qəbul olunacağı halda hədiyyəni alan şəxs öz rəhbərliyinə bu barədə çəlumat verməlidir. Çünki rəhbərlikdə təmsil olunan şəxslər bu barədə qərar vermək səlahiyyətinə malikdilər.

Image result for Rüşvət


Hədiyyələr niyə 350 dolları keçə bilməz?

Məlum olduğu kimi, ABŞ millət vəkilləri Azərbaycan hökumətinin onlar üçün məxfi şəkildə təşkil etdiyi səfər zamanı aldıqları hədiyyələri qaytarıblar. Konqresdə etika və intizam məsələlərinə nəzarət edən gözətçi qrup bu səfərin və hədiyyələrin millət vəkilliyi ilə bir araya sığmadığını bəyan etmişdi. Yaşma qaşlı sırğalar, çay dəstgahları, ipək şərflər və xalçalar da daxil, hədiyyələr Baş Xidmətlər Administrasiyasına (General Services Administration - GSA) təhvil verilib. “The Hill” qəzeti bildirir ki, hədiyyələrin siyahısını İnformasiya Azadlığı Qanununa uyğun olaraq həmin qurumdan alıb. Yeni informasiyada konqresmenlərin 2013-cü il Bakı səfərinə dair yeni təfərrüatların olduğu bildirlir.
Konqres Etikası Ofisinin məlumatına görə, hazırkı Konqresin 9 üzvünə və 32 əməkdaşına Bakıda keçirilən konfransda iştirak etdikləri vaxt minlərlə dollar qiyməti olan hədiyyələr verilib. Bəzi konqresmenlər Bakıdan sonra Türkiyədə olmuş və orada da müxtəlif hədiyyələr almışdılar. “The Hill” yazır ki, hədiyyələrin arasında həmçinin press-papyelər, qələmlər, dəri cildli gündəliklər, xalçalar və Azərbaycan prezidenti haqqında DVD-lər komplekti olub. Bir çox konqresmenlər xalçaların onların otel otaqlarına onlar konfransda olarkən qoyulduğunu söyləyiblər. “The Hill” yazır ki, adətən Konqres üzvləri onlara verilən hədiyyələr etika hüdudlarını aşdıqda hədiyyələri ya onu verənə qaytarmalı, ya da “ədalətli bazar qiymətini” ödəməlidirlər.

Üzvlər hədiyyələri GSA məmuruna da təhvil verə bilərlər. Etik qaydalara görə, millət vəkilləri qiyməti 50 dollardan baha olan hədiyyələri qəbul etməməlidirlər. Hökumətlər və təşkilatlar tərəfindən verilən hədiyyələr isə 350 dollardan baha olmamalıdır. Bir çox konqresmenlər hədiyyələrin bu qiymətdən ucuz olduğunu düşündüklərini bildiriblər.

“The Hill” qəzetinin yazdığına görə, Azərbaycan və Türkiyəyə nişanlısı ilə səfər etmiş Lujan Grisham deyib ki, səfər zamanı aldığı hədiyyələrin əksəriyyəti onun ofisində olub. Sırğaları, büllur çay dəstgahı və böyük xalçanı isə xanım Grisham Vaşinqtondakı mənzilində saxlayıb. Xanım millət vəkili ümumilikdə Konqres məmuruna 34 adda hədiyyə təhvil verib. Onun başqa həmkarlarından daha çox hədiyyə aldığı bəlli olub. Onun ofisi hədiyyələrin 2015-ci il iyulun 23-də qaytarıldığını bildirsə də, hədiyyələrin oktyabrın 20-də qaytarıldığı məlum olub. Bu hədiyyələrin arasında üç sakvoyaj, iki bəzəkli boşqab, press-papye, bir neçə çay servizi, sırğalar, prezident Əliyev haqqında DVD-lər, Azərbaycan xəritəsi, şərf, dəri cildli dəftərlər və iki şüşə odekalon vardı.

OCE-nin hesabatında deyilir ki, Jim Bridenstine-nın hədiyyələri arasında qiymətlərinin 3500 və 2500 dollar olduğu söylənən iki xalça olub. O xalçaları 2013-cü ildə “sahibinə” qaytardığını bildirib. Bridenstine “The Hill” qəzetinə deyib ki, 6 fincandan ibarət çay dəstgahı Konqres məmuruna təhvil verilib. OCE-nin internetdən aldığı məlumata görə çay dəstgahının təxmini qiyməti 85 dollar olub. GSA həmçinin Hinojosa və Clarke-dan xalça və bənövşəyi ipək yaylığı təhvil alıb.

Daha iki millət vəkili respublikaçılar Gregory Meeks və Danny Davis xalçaları xeyriyyəyə və yerli məktəbə ianə etdiklərini deyiblər.Davis dəri cildli gündəliyi onun ofisində könüllü çalışanlardan birinə hədiyyə etdiyini söyləyib. Oklahomadan olan respublikaçı Bridenstine AzadlıqRadiosuna elektron məktubunda yazıb ki, “Post”un yazdığı kimi, 2500 və 3500 dollar dəyəri olan xalçaları qaytarıb. Nümayəndələr Palatasının üzvü qiyməti 350 dollardan olan hədiyyə qəbul edə bilməz.

“Mənə 87 dollar dəyəri olan çini çay servizi də verilmişdi, bir kitab və 4 yerli milli musiqi CD-ləri də hədiyyələr içində idi,” Bridenstine deyib.

 






Fikirlər