Azərbaycan gömrükçüləri 4 000 ədəd siqaret MÜSADİRƏ EDİB

Faktla bağlı araşdırma aparılır 

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn "Vaz-2106" markalı avtomobilin sərnişinin – ölkə vətəndaşı olan şəxsin üzərinə və onun sərnişini olduğu avtomobilə gömrük baxış keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobildən həmin şəxsə məxsus olan, gömrük nəzarətinə düzgün bəyan edilməyən və üzərində aksiz markası olmayan 1200 ədəd "Pirveli" və 1600 ədəd "Marlboro" , həmin şəxsin üzərindən isə 1200 ədəd"Marlboro" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzerTaym.az






Fikirlər