Sumqayıtda 136 uşağı zəhərləyən virusun ADI AÇIQLANDI

Sumqayıt şəhərində zəhərlənən uşaqlarda aşkarlanan virusun adı açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, uşaqların qanından götürülmüş nümunələrin laborator müayinələrinin nəticəsində xəstələrdə Rotavirus infeksiyası aşkar edilib.

Son dörd gün ərzində 136 uşaqda bu infeksiya aşkarlanıb.

Eyni zamanda 46 uşağın stasionar müalicəsinin davam etdiyi qeyd olunub:

“Onların vəziyyətləri kafidir və yaxın vaxtda evə yazılacaqlar. İnfeksiya baş vermiş ərazidə tibbi-profilaktik tədbirlər və əhali arasında sanitariya-maarifi işləri davam etdirilir".

AzerTaym.az

 






Fikirlər