“Azərsu” bu universitetdə kafedra açdı - FOTOLAR

  

      AzMİU-nun prorektoru Akif Qasımov su təsərrüfatı sektoru üçün kadr hazırlığında universitetin xüsusi rolu olduğunu bildirib.

O, qeyd edib ki, filialın yaradılmasında əsas məqsəd elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsidir. Filialın yaradılması tələbə, magistr və doktorantların praktiki bilik, bacarıq və vərdişlərinin formalaşdırılması, müxtəlif elm sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi tədqiqatların aparılması baxımından da əhəmiyyətlidir.

Qeyd olunub ki, filialın yaradılması təhsil-elm-istehsalat əlaqələrinin genişləndirilməsi, tələbələrin təcrübi biliklərinin artırılması, kadr potensialının artırılması baxımından əhəmiyyətlidir. Tələbələr institutun fəaliyyət sahələri, mütəxəssislərin peşəkarlığına olan tələblər ilə yaxından tanış olacaq, laboratoriya və şöbələrdə məşğələ keçmək imkanı əldə edəcək. Eyni zamanda institutun elmi işçiləri tədris prosesinə cəlb olunacaq. Filialın yaradılması “Azərsu” ASC üçün kadrların hazırlanması baxımından da mühüm əhəmiyyət kəsb edir.

“Sukanal” ETLİ-də yaradılmış AzMİU-nun “Mühəndis sistem və qurğularının tikintisi” kafedrasının əsasnaməsi təsdiq edilib.AzerTaym.az 






Fikirlər