Lütfi Zadə ilə vida mərasiminin TARİXİ AÇIQLANDI

lutfizade_150817

Sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycanın tanınmış alimi mərhum Lütfi Zadə ilə vida mərasimi keçiriləcək.

Bu barədə Trend-ə AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli məlumat verib.

Vida mərasimində respublikanın tanınmış siyasi və ictimai xadimləri, elm nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 2017-ci il sentyabrın 6-da ABŞ-da ömrünün 97-ci ilində vəfat edib.

 






Fikirlər