Azərbaycanda ƏN YAŞLI və ƏN CAVAN rektorlar... - SİYAHI

Azərbaycandakı dövlət universitetlərində çalışan rektorların bir çoxunun 10 ildən artıqdır rektorluq təcrübəsi var. Bəs ən yaşlı və ən cavan universitet rektorları kimdir? Hansı rektorun bu vəzifə üzrə təcrübəsi daha çoxdur?

Modern.az saytı xəbər verir ki, təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında ölkəmizdə fəaliyyət göstərən dövlət ali təhsil müəssisələri, onların rektorları, yaşları, rektorluq müddətləri ilə bağlı məlumatlar paylaşıb.

Məlumata əsasən, ölkədə ən yaşlı rektor Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovdur. Onun  91 yaşı var.  Rektor 2000-ci ildən etibarən - 18 ildir - bu vəzifədədir. 

Ən cavan rektor isə İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının  rektoru  Əziz Əliyevdir. Onun 43 yaşı var. Rektor  2015-ci ildən etibarən -  3 ildir - bu vəzifədədir.
AzerTaym.az ümumi siyahını təqdim edir:
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti. Rektor Mustafa Babanlı . 50 yaş. 2015-ci ildən. 3 ildir.

  1. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası. Rektor Urxan Ələkbərov. 75 yaş. 2011-ci ildən. 7 ildir.
  2. Azərbaycan Tibb Universiteti. Rektor Gəray Gəraybəyli. 51 yaş. 2016-cı ildən. 2 ildir.
  3. Azərbaycan Dövlət İqtisad Universiteti. Rektor Ədalət Muradov. 56 yaş 2014-cü ildən. 4 ildir.
  4. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. Rektor Fərəh Şirməmməd qızı Əliyeva. 57 yaş. 2014-cü ildən. 4 ildir.
  5. Azərbaycan Dillər Universiteti. Rektor Kamal Abdulla. 68 yaş. 2017-ci ildən. 1 ildir. (Ondan əvvəl Bakı Slavyan Universitetinin rektoru (2000-2014). Ümumi 15 ildir rektordur).
  6. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası. Rektor Fuad Hacıyev. 64 yaş. 2015-ci ildən. 3 ildir.
  7. Azərbaycan Dövlət Aqrar Universiteti. Rektor İbrahim Cəfərov. 62 yaş. 2013-cü ildən. 5 ildir.
  8. Azərbaycan Memarlıq və İnşaat Universiteti. Rektor  Gülçöhrə Məmmədova.65 yaş. 1999-cu ildən. 19 ildir.
  9. ADA Universiteti. Rektor Hafiz Paşayev.77 yaş. 2006-cı ildən. 12 ildir.
  10. Azərbaycan Turizm və Menecment Universiteti. Rektor İlham Mədətov. 66 yaş. 2017-ci ildən. 1 ildir.
  11. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası. Rektor Ömər Eldarov. 91 yaş. 2000-ci ildən. 18 ildir.
  12. Azərbaycan Milli Konservatoriyası. Rektor Siyavuş Kərimi. 64 yaş. 2001-ci ildən. 17 ildir.
  13. Azərbaycan Dövlət Pedaqoji Universiteti. Rektor Cəfər Cəfərov. 58 yaş. 2016-cı ildən. (2006-2016-cı illər Azərbaycan Turizm və Menecment Universitetinin rektoru. Ümumi 12 il).
  14. Bakı Dövlət Universiteti. Rektor Abel Məhərrəmov. 68 yaş. 1999-cu ildən. 19 ildir.
  15.  Bakı Ali Neft Məktəbi. Rektor Elmar Qasımov. 45 yaş. 2012-ci ildən. 6 ildir.
  16. Bakı Mühəndislik Universiteti. Rektor Havar Məmmədov. 73 yaş. 2017-ci ildən.(2000- 2016-cı illər Azərbaycan Texniki Universitetinin, 2016-2017-Qafqaz Universitetinin rektoru). Ümumi 18 il.
  17. Bakı Slavyan Universiteti. Rektor Nurlana Əliyeva Nurlana.72 yaş. 2016-cı ildən (1990-2016-cı illərdə zərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru). 2 ildir.
  18. Bakı Musiqi Akademiyası. Rektor Fərhəd Bədəlbəyli. 71 yaş. 1991-ci ildən. 27 ildir.
  19. Bakı Xoreoqrafiya Akademiyası. Rektor Timuçin Əfəndiyev. 73 yaş. 2014-cü ildən (1987- 2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru). Ümumilikdə 31 ildir.
  20. Milli Aviasiya Akademiyası. Rektor Arif Paşayev. 84 yaş. 1996-cı ildən. 22 ildir.
  21. Gəncə Dövlət Universiteti. Rektor Yusif Yusibov. 67 yaş. 2014- cü ildən. 4 ildir.
  22. Naxçıvan Dövlət Universiteti. Rektor Saleh Məhərrəmov. 53 yaş. 2013-cü ildən. 5 ildir.
  23. Sumqayıt Dövlət Universiteti. Rektor Elxan Hüseynov. 70 yaş. 2014-cü ildən. 4 ildir.
  24. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı. Rektor Nərgiz Paşayeva. 56 yaş. 2008-ci ildən. 12 ildir.
  25. İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı. Rektor Əziz Əliyev. 43 yaş. 2015-ci ildən. 3 ildir.

 






Fikirlər