30.09.2014 - Deputat-rektor maaşları yenə artırdı

30.09.2014 - Deputat-rektor maaşları yenə artırdıTibb Universitetində çalışan işçilərin əmək haqqı artırılıb.

ATU-dan verilən məlumata görə, deputat-rektor, akademik Əhliman Əmiraslanovun əmrinə əsasən, professor-müəllim heyətinin maddi rifah halını bir qədər də yaxşılaşdırmaq, elmi-pedaqoji fəaliyyətini stimullaşdırmaq məqsədilə ATU əməkdaşlarının aylıq əmək haqqı orta hesabla 30 %-dən çox artırılıb. Əmr bu ilin oktyabr ayından qüvvəyə minir və ayrı-ayrı sahələrdə çalışan əməkdaşların hamısına şamil olunur.

Qeyd edək ki, bu ilin əvvəlində də Tibb Universiteti işçilərinin aylıq vəzifə maaşlarının orta hesabla 25% yüksəldilməsi haqqında qərar verilib.






Fikirlər