Prezidentliyə iki iddiaçı İMZALARINI təhvil verdi

Təşviqat kampaniyası martın 19-dan sonra başlayacaq 

Prezidentliyə namizədliyi irəli sürülmüş şəxslərin qeydiyyat üçün lazım olan 40 min imzanı və digər sənədləri MSK-ya təqdim etmək üçün müddət martın 12-də saat 18:00-da başa çatacaq. MSK katibi Mikayıl Rəhimov bildirib ki, martın 12-dən sonra Mərkəzi Seçki Komissiyası bir həftə ərzində imzaların yoxlanması prosesini aparacaq. İmzaları doğru olan namizədlər qeydə alınacaq, sənədlərində hər hansı çatışmazlıq olan şəxslərə əsaslandırılmış şəkildə cavab veriləcək. Namizədliyini irəli sürmüş şəxs verilən cavabla razılaşmasa, məhkəməyə müraciət edə bilər. Bu proses təşviqat kampaniyası başladığı günə qədər başa çatacaq.

Təşviqat kampaniyası isə martın 19-dan sonra başlayacaq. Namizədliyi qəbul edilməyən şəxslər həmin müddətə qədər məhkəməyə müraciət edə, namizədliyi təsdiq olunarsa, təşviqat kampaniyasına qoşula bilər. Çünki məhkəmə 3 gün ərzində cavab verir. Bütün namizədlərin hüquqları Seçki Məcəlləsinə uyğun qorunur. Prezidentliyə namizədliyi irəli sürülən şəxslərdən isə indiyə qədər YAP-ın namizədi İlham Əliyev rəsmi namizəd kimi MSK-da qeydə alınıb.

Digər 14 iddiaçıdan Zahid Oruc ile ilgili görsel sonucu

Digər 14 iddiaçıdan Zahid Oruc imzaları toplayıb və MSK-ya fevralın 28-də təqdim edib.

Qüdrət Həsənquliyev ile ilgili görsel sonucu

BAXCP-nin namizədi Qüdrət Həsənquliyevin imzatoplama kampaniyası isə martın 1-də başa çatıb və dünən MSK-ya təqdim edilib. Q.Həsənquliyevin seçki qərargahından məlumat verilib ki, BAXCP sədrinin imzatoplama kampaniyasına partiyanın 60 rayon şöbəsi cəlb edilib. Qısa müddətdə 92 seçki dairəsindən 45 min imza toplamaq mümkün olub.

Fərəc Quliyev ile ilgili görsel sonucu

Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev üçün də seçici imzalarının toplanması martın 1-də yekunlaşıb. Seçki qərargahından verilən xəbərə görə, imzatoplama kampaniyasında 76 dairədən 44732 imza toplanıb və imza vərəqələri Milli Dirçəliş Hərəkatı Partiyasının seçki qərargahında yoxlandıqdan sonra martın 2-də 44732 imza MSK-ya təhvil verilib. Milli Dirçəliş Hərəkatı Partiyasının seçki qərargahı və namizəd Quliyev Fərəc İbrahim oğlu imzatoplama kampaniyasında fəal iştiraklarına görə MDHP-nin bölgə təşkilatlarının rəhbərlərinə, təşkilat üzvlərinə və tərəfdarlarına, imza vermiş bütün vətəndaşlara minnətdarlığını bildirib.

ASDP-nin namizədi Araz Əlizadə ile ilgili görsel sonucu

ASDP-nin namizədi Araz Əlizadə üçün də imzatoplama kampaniyası yekunlaşıb. 40 mindən yuxarı imza toplandığı barədə seçki qərargahı məlumat verib.

“Cəbhəçilər” Təşəbbüs Qrupu tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Razi Nurullayevin imzatoplama kampaniyası isə yekunlaşmaq üzrədir. Razi Nurullayevin seçki qərargahının rəhbəri Rafiq Daşdəmirli bu barədə məlumat verib. Onun sözlərinə görə, ən geci martın 6-da imza vərəqələri MSK-ya təhvil veriləcək: “Artıq qeydiyyat üçün tələb olunan imzaların 95 faizi tam hazırdır. Bu günə qədər 80 dairədən 43 min imza toplanıb. Qalan 2 min imza isə sabah əlimizdə olacaq.

Razi Nurullayev ile ilgili görsel sonucu

Hazırda seçki qərargahında imza vərəqələrinin hazırlanması prosesi gedir. Gələn həftənin 2-ci gününə qədər imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına təhvil verməyi planlaşdırırıq. AXCP-nin seçki marafonu tam gücü ilə davam edir. Biz bu prosesə 2015-ci ilin sonlarından başladığımız üçün bizim üçün elə də çətin olmadı”.

R.Daşdəmirli təbliğat-təşviqat kampaniyasına da toxunub: “İmza vərəqələrini MSK-ya təhvil verdikdən sonra digər işlərə köklənəcəyik. Artıq təbliğat-təşviqat kampaniyası haqqında müzakirələr aparırıq. Namizədimiz Razi Nurullayev də müsahibələrində, açıqlamalarında seçkiqabağı təşviqat kampaniyasında qabardılacaq məsələlərə diqqət çəkir”.

Akif Nağı ile ilgili görsel sonucu

Prezidentliyə namizədliyi irəli sürülən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə problemlə üzləşib. Akif Nağı sosial şəbəkədə yaydığı bəyanatda bildirib ki, fevralın 19-da prezidenti seçkilərində iştirak etmək üçün müraciət edib, ərizəni və əlavə sənədləri MSK-nın ümumi şöbəsinin müdiri Elşən Əsgərov qəbul edib. Qanuna görə, 5 gün ərzində namizədin qeydə alınması ilə bağlı məlumat verilməli olsa da hələ də heç bir rəsmi cavab verilməyib. Nəticədə Akif Nağı imza vərəqələrini MSK-dan ala bilməyib.

Digər iddiaçılar isə imzatoplama kampaniyasını davam etdirirlər.






Fikirlər