Onlayn mediaya 1 MİLYON MANAT ayrılsın - Deputatdan TƏKLİF

Onlayn mediaya 1 milyon manat ayrılsın - Deputatdan TƏKLİF

"Onlayn mediaya 1 milyon manat ayrılmasını təklif edirəm".

AzerTaym.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.

O qeyd edib: "Dəfərlərlə Milli Məclisin iclaslarında onlayn media ilə bağlı fikirlərimi səsləndirmişəm. Hazırda vəziyyət o yerdədir ki, reklam yoxdur. Bundan da istifadə edən ayrı-ayrı qruplar bəzi saytları maliyyələşdirərək iş adamlarını, tanınmış şəxsləri, məmurları yersiz şəkildə təhqir edir, böhtan atırlar”.

Ə.Amaşov vurğulayıb ki, onlayn mediaya dəstək məqsədilə dövlət büdcəsindən maliyyə ayrılmalıdır: “Bu, reklam bazarı formalaşana qədər olmalıdır. Təklif edirəm ki, onlayn mediaya 1 milyon manat ayrılsın. Bu, büdcə üçün elə də böyük rəqəm deyil”.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi