ELDAR ƏZİZOV BAKININ YAĞIŞ PROBLEMİNİ həll etmək üçün XARİCİ MÜTƏXƏSİSLƏR CƏLB ETDİ

Dünən gecədən yağan yağış paytaxt Bakının yollarındakı vəziyyəti yenidən iflic edib. Mərkəzi və qəsəbələrarası küçərlərdə yağış sularının yaratdığı iri gölməçələr nəqliyyat vasitələri və piyadaların hərəkətində çətinliklər yaradıb.

"AzerTaym.az" xəbər verir ki,məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bu məsələnin həlli gündəmdədir:

“Sentyabrın 23-də paytaxta yağan yağışın törətdiyi fəsadlardan sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Eldar Əzizovun tapşırıqlarına əsasən, yeni layihələrin icrasına başlanılıb.

Layihələr Bakı Şəhər İcra Hakimiyyəti sifarişi əsasında xarici mütəxəssislər cəlb olunmaqla, hazırlanır. Hazırda layihələrin hazırlanması başa çatmaq üzrədir. Layihə dövlət rəhbəri tərəfindən təsdiq olunduqdan sonra “Azərsu” ASC tərəfindən reallaşdırılacaq”.

Rəsmi məlumata görə, ötəndəfəki yağışdan sonra suyu qəbul edən xətlərin hamısı təmizlənib:

“Ümumilikdə, Bakını bu vəziyyətdən çıxarmaq üçün yeni layihələr icra olunmalıdır. Proses mümkün qədər sürətlə aparılır, amma böyük layihə olduğu üçün qısa müddətdə reallaşması mümkün deyil.

Bu gün şəhər həddindən artıq yüklənib, çoxsaylı yeni tikililər var. Amma kommunikasiya xətlərinin hamısı köhnədir. Onların haısının eynilənməsi müəyyən vaxt tələb edir”.

Qeyd olunub ki, yağıntı ilə əalqədar mərkəzə toplanan suların təmizlənməsi üçün təsərrüfat xidmətlərinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır.






Fikirlər

Şərh müəllifi: Cooper                 Tarix: 8 noyabr 2018 20:52                 [ Cavabla ]
If you do other side effects not recommended above, you should generic your quantity or placebo.
La primera guerra mundial generic viagra alcohol drug
treatment centers. The vendor is one of the patients where this website offering.

                        

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi