ELDAR ƏZİZOV Bakı meriyasında kimisə işdən çıxarmağa tələsmir

Xəbər verdiyimiz kimi bu yaxınlarda Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) gətirildi.

Eldar Əzizov Bakı meriyasının başçının müavini təyin edildi.

Hazırda BŞİH-nin başçısı postu boş  olsa da,  kadr islahatlarının nə vaxt aparılacağı məlum deyil.

 İddialara görə, Bakı şəhər İcra  Hakimiyyətinin mətbuat xidməti, eləcə də ictimai-siyasi humanitar məsələlər şöbəsində dəyişiklik ola bilər. Buna səbəb kimi Eldar Əzizovun Səbayıl rayon İcra Hakimiyyətindəki köhnə kadrını yanına gətirməsi iddia olunur.

 "AzerTaym.az" bildirir ki,Modern.az səslənən iddialara cavab öyrənməyə çalışıb.

Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini " saytımıza açıqlamasında iddiaların əsassız olduğunu deyib.

“Bakı şəhər İcra Hakimiyyətininin həm ictimai-siyasi və humanitar məsələlər şöbəsi, həm də mətbuat xidməti  yerindədir. Həmçinin, mən də öz iş yerimdə, Səbail Rayon İcra Hakimiyyətindəyəm”.

İsrafil Kərimov Bakı şəhər İcra Hakimiyyətində kadr dəyişiklikləri məsələsinə də münasibət bildirib.

 “Hələ heç bir yenilik yoxdur. Bakı şəhər icra hakimiyyətində nə kimsə işindən azad olunub, nə də kimsə işə götürülüb. Hamı köhnə qaydada işinin başındadır”.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi