Eldar Əzizov vəzifədən çıxarılıb?

Eldar Əzizov vəzifədən çıxarılıb?Yüksək rütbəli məmurlara yaxın informasiya mənbələrində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun vəzifədən azad olunmasına dair məlumatlar yayılıb.

Hakimiyyətə yaxın olduğu deyilən mənbələrin verdiyi məlumata görə, E.Əzizovun yerinə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təyin olunub.
E.Əzizov isə Bakının Nizami rayonuna rəhbər təyin edilib.

Virtualaz.org saytı isə bu xəbərin həqiqətə nə dərəcədə uyğun olmasını araşdırıb. Məlum olub ki, E.Əzizovun istefa verməsi, yaxud vəzifədən azad olunması barədə deyilənlər gerçəkliyi əks etdirmir.

“Əgər Eldar Əzizov vəzifədən gedəsi olsa, əvvəlkindən daha yüksək posta gedəcək” - deyə mənbə bildirdi.






Fikirlər