“Amaliya Pənahovanın qəbirüstü abidəsini övladları qoyacaq”

“Amaliya Pənahovanın qəbirüstü abidəsini övladları qoyacaq”

Dünəndən Xalq artisti Amaliya Pənahovanın qəbirüstü abidəsinin hələ də qoyulmaması sosial şəbəkələr və mediada müzakirə olunur. Mədəniyyət Nazirliyi üç aydır ki, dünyasını dəyişən məşhur aktrisanın büstünün hazırlanması ilə Bakı Şəhər İcra Hakimiyyətinin məşğul olduğunu bildirsə də, qarşı tərəf bundan xəbərsiz oluğunu qeyd edib. 

“Qafqazinfo” mərhum sənətkarın qurucusu olduğu Bakı Bələdiyyə Teatrının Truppa müdiri Zemfira Babayeva ilə əlaqə saxlayıb.  O, hazırda məşqlərdə olduğunu, mövzu barədə əməkdar artist Əfqan Soltanovun cavab verəcəyini bildirib. 

Teatrın aktyoru isə “Qafqazinfo”ya bildirib ki, A. Pənahovanın qəbirüstü abidəsi ilə övladları – İlqar və Aynur Muxtarovlar məşğuldur:

“Büst demək olar ki, hazırdır. Bir müddət sonra qoyulacaq. Bu işlə nə nazirlik, nə də İcra Hakimiyyəti məşğuldur. Qəbirüstü abidə ailəsi, övladları tərəfindən hazırlanır”.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi