Rasim Balayev Amaliya Pənahovanın vida MƏRASİMİNƏ QATILMAYACAQ

Rasim Balayev Amaliya Pənahovanın vida mərasiminə qatılmayacaq

Xəbər verdiyimiz kimi, bu gecə xalq artisti Amaliya Pənahova 73 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
"Qafqazinfo” bu məqamda mərhum aktrisanın bir çox filmlərdə birlikdə rol aldığı xalq artisti Rasim Balayevlə əlaqə saxlayıb.
70 yaşlı aktyor hazırda Türkiyənin Ankara şəhərində müalicə aldığını, həmkarının vida mərasimində iştirak edə bilməyəcəyini söyləyib.
"Xəbəri eşidəndə çox pis oldum. Amaliya Pənahova böyük sənətkar idi. Bu, Azərbaycan teatrı üçün böyük itkidir. Vida mərasimində iştirak edə bilməyəcəm. Amma Bakıya qayıdanda yas mərasimlərinə qatılacam”, - deyə R. Balayev bildirib.
Qeyd edək ki, A. Pənahova ilə vida mərasimi sabah Akademik Milli Dram Teatrında baş tutacaq.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi