Qərbi Azərbaycan Respublikası yaradıldı

Qərbi Azərbaycan Respublikası yaradıldı

Türkiyədə Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradıldığı elan olunub.

 "AzerTaym.az" bildirir ki, ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs qrupu BAO-nun (Bütöv Azərbaycan Ocakları) təşkilatçılığı ilə keçirilən bir videokonfransda Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan edib.

Qafar Çaxmaqlı deyib ki, uzun illər Azərbaycan və Türkiyə ictimaiyyətinin gündəmində olan bu ideyanı gerçəkləşdirmək üçün bu dəfə qərarlı addım atıldı: "Dünyanın müxtəlif yerlərində yaşayan Qərbi Azərbaycan kökənli insanların arzularının gerçəkləşməsi yolunda düzgün qərar verildi. Dünən mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasını elan etdik. Öncə bu respublikanın Milli Şurası fəaliyyətə keçəcək. Daha sonrakı mərhələdə respublikanın Milli Məclisi seçiləcək və hökumət formalaşdırılacaq”.

"Azərbaycana qarşı daim ərazi iddiaları irəli sürən və torpaqlarımızın bir hissəsini üçüncü onillikdir ki, işğal altında saxlayan Ermənistandan dədə-baba torpaqlarımızı, 1918-ci ildə müvəqqəti olaraq verdiyimiz İrəvan şəhərini, Zəngibasarı, Göyçəni, Zəngəzuru, Gümrünü, Dərələyəzi və digər tarixi ərazilərimizi geri tələb etməyin vaxtı çatıb. Biz bir qrup Qərbi Azərbaycan kökənli ziyalılar bu məqsədləri reallaşdırmaq və bu yerin insanlarının haqq və hüquqlarını müdafiə etmək üçün Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasını elan edirik” - deyə, professor əlavə edib.






Fikirlər