Hikmət Hacıyevdən Yeni il təbriki
"Qarabağ Azərbaycandır" - 2019-cu ildə son çıxışında Prezident İlham Əliyevin əsas müraciəti idi. Biz 2020-ci ilin sonuna və 2021-ci ilin əvvəlinə yaxınlaşırıq: "Qarabağ Azərbaycandır". Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter hesabında yazıb. “Mən ilin sonunda daha #NextYearinShusha, #endoccupation etc” tvitini yazmayacam. Təbrik edirəm!”, - deyə şöbə müdiri əlavə edib. /Yenisabah.az