“Elçibəy hökuməti də elə Zelenski kimi siyasət yürüdürdü. Sadəcə...”

“Elçibəy hökuməti də elə Zelenski kimi siyasət yürüdürdü. Sadəcə...”

“Məhz Zelenskinin rəhbərliyi altında Ukrayna dövləti özünü tam səfərbər edə bildi...”
“Elçibəy hakimiyyətə gələn kimi Qarabağın böyük bir hissəsi işğaldan azad edilmişdi...”
 
“Zelenski və komandasını “tik-tok” uşağı, “KVN uşağı” adlandırmaq kimi  deymlər hamısı “5-ci kalonun təbliğatına uyğun fəaliyyəti möhkəmləndirmək üçündür. Ukraynanın dövlət və hökumət rəhbərləri haqqında qeyri-ciddi insan təəssüratı yaratmağa çalışırlar.  Guya ki, belə bir prezident olmasaydı, xalq onu seçməsəydi, hər şey başqa cür olardı. Bu, çox uğursuz taktikadır”.  
 
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu “Azərbaycanda da bəziləri Ukrayna prezidenti V.Zelenski və komandasının dövlət idarəçiliyini “tik-tok” uşaqlarının oyunlarına bənzədir ki, guya onlar populist siyasət aparırlar. Hətta bunu 1992-c1993-cü illərdəki Xalq Cəbhəsinin idarəçiliyi ilə müqayisə edirlər... Sizin buna münasibıtəniz necədir?” sualını cavablandırarkən söyləyib.
 
“Amma ədalətlə və obyektiv düşünsək, ən azı, bu günkü vəziyyətə istinadla baxdıqda görünən budur ki, məhz Zelenskinin rəhbərliyi altında Ukrayna dövləti özünü tam səfərbər edə bildi. Ukrayna ordusu dünyaya meydan oxuyan Rusiya ordusunu bütün istiqamətlərdə darmadağın etdi. Mən əminliklə deyə bilərəm ki, Rusiya artıq özünün heç minimum vəzifəsinin də həllinə nail ola bilməyəcək.  Və  Ukrayna rəhbərliyinə qarşı bu cür piar məqsədli piardır və konkret maraqlara, plan və niyyətlərə xidmət  edən uydurmalardır”- deyə siyasi şərhçi bildirib.
 
“Qaldı Zelenskinin komandasını Elçibəy hökuməti ilə müqayisə etməyə. Elçibəy hökuməti elə Zelenski kimi siyasət yürüdürdü. Və Elçibəy hakimiyyətə gələn kimi Qarabağın böyük bir hissəsi işğaldan azad edilmişdi. Sadəcə olaraq Rusiya o zaman Azərbaycan dövlətçiliyinin kövrək və zəif olmasından yararlanaraq ölkəmizdəki agentura şəbəkəsinin vasitəsilə əvvəlcə sabotaj edib Kəlbəcərin ermənilər tərəfindən işğalına nail oldu. Və ardınca da hərbi qiyam təşkil etdi. Ancaq Kreml bunu Ukraynada etməyə nail ola bilmədi. Çünki başqa bir dövrdü, başqa bir dönəmdir. Və Ukrayna Azərbaycan dövlətindən istənilən halda daha güclü bir dövlətdir. Eyni zamanda əlbəttə ki, burada beynəlxalq dəstək faktorunu da nəzərdən qaçırmamalıyıq. Bu amilin böyük rolu oldu. Bəzən o görünmür, amma o da faktdır ki, hələ Rusiyanın təcavüzü ərəfəsində Ukrayna ordusunun bu qəsbkar müharibəyə qarşı hazırlanmasında Qərb, ABŞ, Avropa, NATO, o cümlədən Türkiyə faktorunun inkarolunmaz rolu var”- deyə ekspert vurğulayıb.
 
Sultan Laçın






Fikirlər