Zelenski İlon Maskın "sülh təklifi"nə belə reaksiya verdi ...

Ukrayna prezidenti Volodimir Zelenski “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskın qalmaqallı tvitlərinə münasibət bildirib.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə Zelenski özünün tvitter səhifəsində yazıb .

Belə ki, Ukrayna prezidenti sözügedən sosial şəbəkədə “Hansı İlon Maskı daha çox sevirsən?” sorğusunu dərc edib.
Sorğunun iki cavab variantı var: “Ukraynanı dəstəkləyən” və “Rusiyanı dəstəkləyən”.
Xatırladaq ki, Maskın daha əvvəl tvitterdə Ukrayna və Rusiya ilə bağlı sülh təklifi müzakirələrə və tənqidlərə səbəb olub. Onun fikrincə, Rusiya tərəfindən işğal olunmuş ərazilərdə BMT-nin nəzarəti altında təkrar “seçkilər” keçirmək lazımdır.
“SpaceX”in qurucusu, həmçinin hesab edir ki, Krım “1783-cü ildən bəri olduğu kimi” Rusiyanın bir hissəsidir.






Fikirlər