Xalid Əhədov Prezidentə köməkçi təyin edildi ...
Sərəncamla Xalid Nurəddin oğlu Əhədov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib. Dövlət başçısının digər Sərəncamı ilə Xalid Əhədov Azərbaycan Respublikası Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib. Qeyd edək ki, 1980-ci il təvəllüdlü X.Əhədov ölkədə iqtisadi təhsil alandan sonra Avropada oxuyub. Müxtəlif illərdə Azərbaycanda fəaliyyət göstərən aparıcı banklarda yüksək vəzifələrdə çalışıb. O, keçmiş millət vəkili Nurəddin Əhədovun oğludur.