TÜRKİYƏDƏ KRİTİK SEÇKİLƏR - Nəticələrin 80 faizindən artığı açıqlandı, Ərdoğan öndədir + CANLI YAYIM (Yenilənir)

Türkiyədə prezident və parlament seçkiləri üzrə səsvermənin nəticələri açıqlanmağa başlanıb. 

Prezident seçkilərində səsvermə bülletenlərinin 80 faizindən artığının sayılmasından sonra hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 50, 43 faiz səslə liderdir.

İkinci yerdə 43, 77 faiiz səslə “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu gəlir.

Səsvermənin nəticələrini "TRT HABER"- in canlı yayım ilə təqdim edirik:

 

 

***

Türkiyədə prezident və parlament seçkilərində səsvermə başa çatıb. Yerli vaxtla saat 17:00-da (Bakı saatı ilə 18.00-da) səsvermə yekunlaşıb.

Hazırda ölkədəki seçki məntəqələrində səslərin sayılmasına başlanılır.

İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.

***

Türkiyədə prezident və parlament seçkiləri ilə əlaqədar səsvermə başlayıb.  Mayın 14-də yerli vaxtla səhər saat 08:00-da seçki məntəqələri açılıb.

Bu seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb.

Qeyd edək ki, Prezident postu uğrunda 3 namizəd mübarizə aparır. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

Artıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan İstanbuldakı Saffet Çebi adına məktəbdə səs veriblər.  

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və daxili işlər naziri Süleyman Soylu prezident və parlament seçkilərində səs veriblər.M. Çavuşoğlu Antalya, S. Soylu isə İstanbuldakı seçki məntəqəsində səs veriblər.

"Millət ittifaqı"nın  prezidentliyə namizəd Kemal Kılıçdaroğlu,, İYİ Partiyanın sədri Meral Akşener, ATA Blokundan prezidentliyə namizəd Sinan Oğan və digər siyasətçilər də artıq səs veriblər.

Seçki prosesindən son xəbərləri  oxucularımıza təqdim etmək üçün "TRT HABER"- in   canlı yayımını təqdim edirik:

 

 

 

“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.

Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.

Səsvermə yerli vaxtla saat 17:00-də başa çatacaq

Mərkəzi Seçki Komissiyası səsvermə bitəndən sonra ilkin nəticələri açıqlamağa başlayacaq.






Fikirlər