Azərbaycanda 4 rektor işdən çıxarıldı - Sərəncam+Yenilənib

“Azərbaycanda 4 rektor işdən çıxarıldı - Sərəncam+Yenilənib

Ağacan Abiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru vəzifəsindən azad edilib.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

 ***

Dövlət başçısının digər sərəncamları ilə Səməd İsmayıl oğlu Seyidov Azərbaycan Dillər Universitetinin, Aqiyə Həbib qızı Naxçıvanlı isə Azərbaycan Müəllimlər İnstitutunun, Əhliman Tapdıq oğlu Əmiraslanov Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, noyabrın 1-də keçirilmiş parlament seçkiləri ilə bağlı son qərar bu gün Konstitusiya Məhkəməsində verilib. Artıq millət vəkili seçilmiş şəxslərin deputat mandatları da onlara təqdim olunub.

Sərəncamla işdən azad edilən rektorlar da məhz Milli Məclisdə deputat mandatı aldıqları üçün digər vəzifələrindən-rektorluqdan azad ediliblər.






Fikirlər