Ekologiya Nazirliyində APELYASİYA ŞURASI YARADILDI

 


 
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli Fərmanına uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyində Apellyasiya Şurası yaradılıb.

AzNews.az xəbər verir ki, Apellyasiya Şurasının Əsasnaməsi, tərkibi və katibliyi təsdiq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev Apellyasiya Şurasının sədri, nazirliyin struktur bölmələrinin məsul vəzifəli şəxslərindən ibarət 6 nəfər isə Şuranın üzvləri təyin ediliblər. 
 
Apellyasiya Şurasının katibliyinin rəhbəri və tərkibi də təsdiq olunub.

İctimai əsaslarla fəaliyyət göstərəcək Apellyasiya Şurasının yaradılması sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiə olunması məqsədinə xidmət edəcək. 






Fikirlər