“Türkiyə öz xarici siyasətini dəyişməyəcək” – Çavuşoğlu

 

b94fc6c0f4c25cbbd0e1a25461382feb“Terrorçuluğa qarşı əməkdaşlığımız daha da güclənib”.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Tiflisdə Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündə çıxış edən türkiyəli nazir Mövlud Çavuşoğlu deyib. O, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinə Ankaradakı terrorla bağlı başsağlığı diləkləri və diqqətlərinə görə təşəkkür edib.
M. Çavuşoğlu Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını istədiklərini bildirib. O, terror aktlarına baxmayaraq, Ankaranın öz xarici siyasətini dəyişməyəcəyini vurğulayıb.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qeyd edib ki, terrorizmə ən yaxşı cavab həmrəylik və qarşılıqlı dəstəkdir.
Gürcüstanın xarici işlər naziri Mixail Canelidze isə terrorçuluqla mübarizədə əllərindən gələni edəcəklərini söyləyib: “Biz əlimizdən gələn yardımı göstərməyə hazırıq. Azərbaycan və Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır. Bu gün biz ikitərəfli və üçtərəfli görüşlər keçirdik və strateji tərəfdaş olduğumuzu təsdiqlədik”.
M. Canelidze Cənub Dəhlizinin böyük önəm daşıdığını qeyd edib: “Biz görüşlərdə əməkdaşlıq haqqında fikirlərimizi səsləndirdik. Potensial imkanlarımızdan səmərəli istifadə edəcəyik. Ümid edirik ki, Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin Türkiyə tərəfində də tikinti işləri tezliklə başa çatacaq”.

 






Fikirlər