Ramil Usubov yeni rəis təyin etdi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Azər Abbasəli oğlu TağıyevGəncə Şəhər Baş Polis İdarəsi Kəpəz Rayon Polis İdarəsinin rəisi təyin edilib.

 AzerTaym.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Azər Tağıyev indiyədək Salyan Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb. Kəpəz Rayon Polis İdarəsinin sabiq rəisi Ağahüseyn Məmmədov bir müddət əvvəl yaş həddi ilə əlaqədər təqaüdə göndərilib. 






Fikirlər