ŞƏHİD polkovnik KÖRPƏSİNİN qan donduran GÖZ YAŞLARI - VİDEO

Şəhid polkovnik körpəsinin qan donduran GÖZ YAŞLARI - VİDEO

Dünən xəbər vermişdik ki, Türkiyədə Hərbi Akademiyaların birində dərs verən bir albay (Hərbi sirr olduğundan ad- familiyasını və dərs dediyi məktəbi yazmırıq-red) Ermənistanın Qarabağda törətdiyi təxribat nəticəsində həlak olan polkovnik-leytenant Murad Mirzəyevin şəhid olma xəbərini eşidən kimi ağlayıb. Həmin akademiyada təhsil alan digər millətlərin nümayəndələri də türk albayın bu ağlamasına baxıb, köks ötürüblər. Bir saata yaxın ətrafındakı zabitlərə Murad Mirzəyevin həyat yolundan, dostluğundan və peşəkar zabit olmasından danışan türk albay göz yaşlarını saxlaya bilməyib...
Xatırladaq ki, Qarabağın erməni işğalından təmizlənməsi uğrunda aparılan hərbi əməliyyatlarda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev də döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub.
 Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində təşkil olunan mərasimdə də hüznlü anlar yaşanıb.
Şəhidin azyaşlı qızının ağlaması və "Atamı istəyirəm" deməsi ürək dağlayıb. Görüntüləri təqdim edirik:
 

 






Fikirlər