Sel Gürcüstan və Rusiya arasında İXRAC-İDXALI dayandırıb

Sel Gürcüstan və Rusiya arasında ixrac-idxalı dayandırıb

Dəryal dərəsində sel axını səbəbindən Rusiya və Gürcüstan arasında mal dövriyyəsi ilə əlaqədar ciddi problemlər yaranıb. Çünki bağlanan Hərbi-Gürcüstan yolu ölkələr arasında yeganə əlverişli yoldur.

"Report" xəbər verir ki, bu barədə gürcü KİV-nə istinadən "İnterfaks" məlumat yayıb.
Aksiz markalı mallar, məsələn sənədləşməyə görə sərhədi məhz "Kazbeqi-Yuxarı Lars" gömrük məntəqəsindən keçməlidir, ona görə, yolun açılmasını gözləmək lazımdır.
Gürcü ekspertlərin fikrincə, yol 1 həftəyə bərpa olunmasa, yük daşıyanlar min km artıq olmaqla alternativ yoldan – Azərbaycandan getməlidirlər. Mallar dəmir yolu vasitəsi ilə tədarük olunmaqdadır.
Hələ iyunun 23-də sel sularının yolun 1 km hissəsini yuyub apardığı, bərpa işlərinin isə başlamadığı bildirilib. Sərhədə 100-dən artıq yük maşını yığılıb.






Fikirlər