22.03.2014. - MƏMUR TÜRMƏDƏ ÖLDÜ

22.03.2014. -  MƏMUR TÜRMƏDƏ ÖLDÜ
22.03.2014. -  MƏMUR TÜRMƏDƏ ÖLDÜ











2013-cü il, fevralın 4-də həbs olunan müttəhim Yusif Dadaşov 1 saylı Bakı İstintaq Təcridxanasında ölüb.

Virtualaz.org saytının əldə etdiyi eksklüziv məlumata görə, 43 yaşlı Yusif Dadaşov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. O, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Salyan rayon şöbəsinin əməkdaşı olub.

Y.Dadaşov adıçəkilən komitənin Salyan rayon şöbəsinin müdiri Oqtay Quliyevlə bir yerdə həbs olunmuşdu. Onlara qarşı Cinayət Məcəlləsinin 311.3 və 311.3.3-cü maddələri ilə cinayət işi açılmışdı. Məmurlar korrupsiyada ittiham olunurdular.

Virtualaz.org saytının əldə etdiyi xəbərdə deyilir ki, Y.Dadaşov həbsdə ikən insult keçirsə də məhkəmə onun barəsindəki həbs-qətimkan tədbirini dəyişməyib. O, Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə aparılıb və orada dünyasını dəyişib. Onun iki azyaşlı uşağı vardı.






Fikirlər