Bu gün yaz havası olacaq

Bu gün yaz havası olacaqEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 14-17, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 767 mm civə sütunundan 760 mm civə sütununa düşəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.


Azərbaycanın rayonlarında hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacağı, axşam saatlarında bəzi qərb rayonlarında və Lənkəran-Astara zonasında isə qısamüddətli yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 11-16, gündüz 21-26, bəzi yerlərdə 28 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 12-17, bəzi yerlərdə 19 dərəcə isti olacağı gözlənilir.

Aqrometeoroloji şərh
Oktyabrın 14-16-da respublikanın rayonlarında hava şəraitinin nisbətən sabit, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, temperatur rejiminin bir qədər artacağı gözlənilir. Belə hava şəraiti bütün kənd təsərrüfatı işlərinin aparılması, o cümlədən məhsul yığımı, payızlıq dənli bitkilərin səpini üçün əlverişli olacaq.






Fikirlər