Güclü külək Mingəçevirdə bir sıra FƏSADLAR TÖRƏDİB

Mingəçevir şəhərində yağışla müşayiət olunan güclü külək bir sıra fəsadlara yol açıb.

”Report”un Şirvan bürosu xəbər verir ki, külək şəhərdə ağacları, elektrik dirəklərini aşırıb, evlərə və təsərrüfat obyektlərinə ziyan dəyib. Nəticədə şəhərin bir sıra küçələri işıqsız qalıb. 
Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində iş aparılır.






Fikirlər