Sulu qar və qar yağacaq

Sulu qar və qar yağacaqNoyabrın 22-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağış yağacağı gözlənilir.

Noyabrın 22-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağış yağacağı gözlənilir.
Şimal küləyi gecəyə doğru arabir güclənəcək. Havanın temperaturu gecə 7-9, gündüz 10-14 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi axşam arabir güclənən qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-9, gündüz 9-14, dağlarda gecə 0-4 dərəcə isti, bəzi yerlərdə 4 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.






Fikirlər