8 dərəcə şaxta olacaq

8 dərəcə şaxta olacaqSabah Abşeron yarımadasında mülayim cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın gün ərzində əsasən yağmursuz, səhər bəzi yerlərdə zəif dumanlı olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi gün ərzində arabir güclənəcək.

Temperatur Abşeron yarımadasında gecə 3-6, gündüz 8-11 dərəcə isti, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq.

Dekabrın 24-də rayonlarda da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq rayonlarında az yağıntı olacağı gözlənilir. Gün ərzində əsən qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperatur aran rayonlarında gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlıq rayonlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Dekabrın 25-dək Abşeron yarımadasında dəyişkən hava şəraiti, atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən xəzri və gilavar küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.






Fikirlər