Göyçayda GÜCLÜ KÜLƏK binaların damını UÇURDU

Göyçayda güclü külək binaların damını uçurdu

Göyçayda ötən gündən başlayan güclü külək bu gün də ciddi fəsadlara səbəb olub.

Bu barədə Publika.az-a Rayon İcra Hakimiyyəti başçısının müavini İkram Vəliyev məlumat verib.

Onun sözlərinə görə, güclü külək binaların dam örtüyünü sıradan çıxarıb: “Bu gün külək 5 yaşayış binasının dam örtüyünü uçurub. Həmçinin 1 nəqliyyat vasitəsinin üzərinə ağac aşıb. Rayonun bir sıra ərazilərində böyük ağacların aşması yaşayış binalarında fəsadlara səbəb olub. Həmçinin yüksək gərginlikli elektik naqilləri, rabitə xətləri qırılıb”.

İ.Vəliyev bildirib ki, iki gün ərzində küləyin yaşayış məntəqələrinə vurduğu ziyanın məbləği araşdırılır.

“Bu gün ərzində fərdi yaşayış məntəqələrinə, çoxmərtəbəli binalara, eləcə də digər obyektlərə dəyən ziyan barədə yekun rəy hazır olacaq”.






Fikirlər